"Kəpəz"in futbolçusu Mate Kvirkiya klubun mətbuat xidmətinə açıqlama verib.
Sportal.az xəbər verir ki, gürcü yarımmüdafiəçi Premyer Liqanın 28-ci turu çərçivəsində "Qarabağ"la keçiriləcək oyun haqda danışıb. 27 yaşlı oyunçu məqsədlərinin xal qazanmaq olduğunu deyib:
"Növbəti matçımız "Qarabağ"a qarşı olacaq. Bizi asan oyun gözləmir. Rəqibimiz güclüdür. Buna baxmayaraq, onlara qarşı səylə hazırlaşırıq. Məqsədimiz xal qazanmaqdır. Bizi gərgin mübarizənin gözlədiyini yaxşı dərk edirik. Çempionatda yaranan fasilədən yaxşı yararlanmağa çalışdıq. Bu mövsüm "Qarabağ"la üç dəfə qarşılaşmışıq. İstədiyimiz nəticələr olmayıb. Bu dəfə fərqli çıxış etmək istəyirik. Son oyundan daha yaxşı oynamalıyıq. Bəzən yaxşı, bəzən pis nəticə göstərə bilərsən. Amma mən hər gün daha yaxşı olmağa çalışıram.
"Kəpəz" mənim üçün böyük klubdur. Buna görə də istəyim böyükdür. Azarkeşlərə təşəkkür etmək istəyirəm. Hər oyunda bizi dəstəksiz qoymurlar. Sonuncu dövrəyə başlayırıq. Dəstək həmişəkidən daha çox lazım olacaq. Birlikdə güclü olacağıq".
saytlarin hazirlanmasi