"Neftçi" Azərbaycan Premyer Liqasının 28-ci turunda səfərdə "Qəbələ"ni məğlub edib.
Sportal.az xəbər verir ki, "ağ-qaralar"ın qələbə qolunun müəllifi Kilan Lebon matçdan sonra klub televiziyasına açıqlama verib. Fransalı vinger oyunun çətin keçdiyini bildirib:
"Gördüyünüz kimi çətin oyun oldu, oyunumuz istədiyimiz kimi alınmırdı. Əsas odur ki, sona qədər mübarizə apardıq və qələbə qazandıq. Axır ki, qol vura bildim. Ümid edirəm, mövsümün sonuna kimi daha çox qollar vura biləcəm. "Qarabağ"la kubok oyunu çətin olacaq. Kubok fərqli turnirdir. Hər şey ola bilər. Ümid edirik ki, finala vəsiqə qazana biləcəyik".
saytlarin hazirlanmasi