"Neftçi" Vaqif Sadıqovu təbrik etdi

14:59 - 1 Aprel 2024

“Neftçi”nin baş icraçı direktoru Fərrux Mahmudov veteran futbolçu Vaqif Sadıqovu 65 illik yubileyi münasibətilə təbrik edib.

Sportal.az xəbər verir ki, yubilyara ən xoş arzularını çatdıran klub rəhbəri ona xatirə hədiyyəsi təqdim edib.

Qeyd edək ki, Sadıqov 1980-1987-ci və 1989-cu illər ərzində “Neftçi”nin heyətində 126 oyunda meydana çıxıb. 1993-1995, 2009-2010-cu illərdə komandamızı çalışdırmış təcrübəli mütəxəssis 1995-ci ildə baş məşqçi kimi “ağ-qaralar”a Azərbaycan Kubokunu və Superkubokunu qazandırıb.

Xəbər xətti