Kriştiano Ronaldo ən yaxşı seçildi

16:04 - 1 Aprel 2024

Səudiyyə Ərəbistanı çempionatında mart ayının ən yaxşı oyunçusu müəyyənləşib.

Sportal.az xəbər verir ki, başa çatan ayın ən yaxşısı adına "Əl-Nəssr"in hücumçusu Kriştiano Ronaldo layiq görülüb. Bu barədə turnirin mətbuat xidməti məlumat yayıb.

39 yaşlı futbolçu mart ayında ölkə çempionatında meydana çıxdığı 5 matçda 5 qol vurub.

Xəbər xətti