"Neftçi"nin legioneri məşqlərdən azad olundu

12:58 - 7 Aprel 2024

"Neftçi" Azərbaycan Premyer Liqasının 29-cu turunda öz meydanında "Sumqayıt"ı qəbul edəcək.

Sportal.az xəbər verir ki, "ağ-qaralar" oyuna iki itki ilə çıxacaq. Bərpa prosesini davam etdirən Emil Balayevlə yanaşı dizində yaranan zədəyə görə məşqlərdən azad olunan Ataa Caber bu matçı buraxmalı olacaq.

Qeyd edək ki, "Neftçi" - "Sumqayıt" qarşılaşması bu gün saat 20:00-da "Neftçi Arena"da baş tutacaq.

Xəbər xətti