"Neftçi"nin futbolçusu "Sumqayıt"la oyundan öncə zədələndi

19:46 - 7 Aprel 2024

"Neftçi" Azərbaycan Premyer Liqasının 29-cu turu çərçivəsində öz meydanında "Sumqayıt"ı qəbul edir.

Sportal.az xəbər verir ki, "ağ-qaralar" ciddi itki ilə üzləşib. Matçdan əvvəl baş tutan son məşq prosesində Kilan Lebon ağrılar hiss etdiyi üçün bu oyunda iştirak edə bilməyəcək. Mikro zədəsi olan Alfa Konte də bu matçı buraxanlar siyahısındadır.

Qeyd edək ki, "Neftçi" - "Sumqayıt" qarşılaşması saat 20:00-da başlayacaq.

Xəbər xətti