Mövsümün əvvəlində "Kəpəz"lə anlaşan, amma etibarsız oyunu ilə ehtiyata düşən Vladislav Vasilyuçek Azərbaycanı tərk edib.
Sportal.az xəbər verir ki, belaruslu qolkiper mövsümün başa çatmamasına rəğmən, artıq özünə yeni komanda da tapıb. Belə ki, o, Qazaxıstan yüksək liqasında yarışan "Turan"la anlaşıb.
Artıq tanınmış "transfermarkt" portalı da futbolçunu "Kəpəz"in yox, "Turan"ın futbolçusu kimi təqdim edib.
Əlavə edək ki, Qazaxıstanda mövsüm yeni start götürüb və "Turan" 4 turdan sonra 4 xalla 8-cidir.
saytlarin hazirlanmasi