Millimizin Gürcüstanla oyunlar üçün heyəti açıqlandı

18:11 - 12 Aprel 2024

Aprelin 14-də və 16-da Tbilisi İdman Sarayında Gürcüstan yığması ilə qarşılaşacaq futzal üzrə Azərbaycan millisinin heyəti açıqlanıb.

Sportal.az xəbər verir ki, sabah – aprelin 13-də səfərə çıxacaq komandamızın heyətində 2-si qapıçı olmaqla ümumilikdə 14 futzalçı yer alıb:

Millinin heyəti: Tofiq Mikayılov, Kənan Manafov, Oktay Rüstəmli, Nihad İsmayılov, Murad Quluzadə (hamısı “Baku Fire”), Emin Kürdov, Novruz Kazıxanov, Emil Həsənzadə, Xəzər Ağalızadə (hamısı “Araz-Naxçıvan”), Fərid Atakişiyev, Ülvi Əliyev, Amir Şojaei (hamısı “Neftçi” İK), İlham Alıyev (U-19), Rövşən Hüseynli (“Atırau”, Qazaxıstan).

Xəbər xətti