"Hapoel"in futbolçusu: "Karyeram üçün yaxşı olacaqsa, Azərbaycana qayıdaram"

18:49 - 18 Aprel 2024

"İsraildə, "Hapoel"də işlərim qaydasında gedir. Komandamız 4-cü pillədə qərarlaşıb. Avrokuboklara yollanmaq yolunda yaxşı şansımız var. Bu klubda oynadığım üçün şadam".

Bu sözləri Sportal.az saytına açıqlamasında "Hapol Hayfa"nın futbolçusu Felipe Santos deyib.

Üç il Azərbaycan "Şamaxı" və "Qəbələ" klublarının formasını geyinmiş 27 yaşlı braziliyalı yenidən ölkəmizə qayıtmaq istəyindən söhbət açıb. O, Premyer Liqa klublarımızın təklifinə müsbət cavab verə biləcəyinə işarə vurub:

"Azərbaycanda çox yaxşı vaxtlarım oldu. Hər zaman təkliflərə açığam. Amma düzünü desəm, Azərbaycan klublarından təklif almamışam. Karyeram üçün yaxşı olacaqsa, Azərbaycana qayıdaram".

Ötən mövsüm "Qəbələ"nin formasını geyinmiş Santos bölgə klubunun hazırda son pillədə qərarlaşmasını da şərh edib: “İndi də Azərbaycan Premyer Liqasının oyunlarını, nəticələrini izləyirəm. Təbii ki, “Qəbələ”ni son pillədə görmək üzücüdür. Bu komandada hər zaman qələbə qazanmaq üçün oynayırdıq, kuboka da sahib çıxmışdıq. Ümid edirəm ki, “Qəbələ”də işlər qaydasına düşəcək".

Xəbər xətti