Azərbaycan Kubokununda final: "Qarabağ" "Zirə"yə rəqib oldu -YENİLƏNİB

21:50 - 24 Aprel 2024

Azərbaycan Kubokunda yarımfinal mərhələsinin cavab görüşləri keçirilib.

Sportal.az xəbər verir ki, bu gün keçiriləcək oyunlardan sonra hər iki finalçının adına aydınlıq gəlib.

Günün ilk matçı Qəbələdə baş tutub. Burada "Qəbələ" ilk oyunda 1:2 hesabı ilə məğlub olduğu "Zirə"yə uduzub. 

İkinci qarşılaşmada isə "Qarabağ"la "Neftçi" üz-üzə gəlib. Ağdam təmsilçisi bu dəfə də rəqibini məğlub edərək finalda "Zirə"nin rəqibi olub.

Əlavə edək ki, final görüşü iyunun 2-də "Liv Bona Dea Arena"da baş tutacaq. Matçın başlama saatı hələ bəlli deyil. 

24 aprel (çərşənbə)

“Qəbələ” – “Zirə” 0:2 
Qol:
Kulaç 59, Utziq 84
Hakimlər: Tural Qurbanov, Müslüm Əliyev, Vüsal Məmmədov, Rauf Allahverdiyev
VAR: Cavid Cəlilov
AVAR: Eyyub İbrahimov
Hakim-inspektor: Rövşən Əhmədov
AFFA nümayəndəsi: Nəriman Axundov
Qəbələ şəhər stadionu, 17:00
İlk oyun 1:2

“Qarabağ” – “Neftçi” 4:1 
Qollar:
Juninyo 16, 70, Qara Qarayev (avtoqol) 62, Nəriman Axundzadə 77 - Mirzov 64
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rauf Cabarov
VAR: Kamal Umudlu
AVAR: Kamran Bayramov
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Elgiz Abbasov
Tofiq Bəhramov adına Respublika Stadionu, 20:00
İlk oyun 4:0

Xəbər xətti