"Göygöl"ün "Lerik üzərində qələbəsi - VİDEO

11:40 - 24 Aprel 2024

Futbol üzrə Azərbaycan II Liqasında XXII turun görüşləri keçirilib.

Sportal.az xəbər verir ki, "Göygöl" öz meydanında "Lerik"i qəbul edib. Qarşılaşma ev sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Xallarını 32-yə yüksəldən "Göygöl" turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb. 16 xalı olan "Lerik" isə 11-ci yerdədir.

"Göygöl" - "Lerik" 2:1
Qollar: 
Sənan Həsənov, 51, Bəşir Qarayev, 83 - Nurlan Əmirzadə, 70

Xəbər xətti