Məşhur klublar "Fənərbaxça"nın futbolçusunu transfer etmək istəyir

11:59 - 24 Aprel 2024

"Fənərbaxça"nın futbolçusu İrfan Can Kahveci mövsümün sonunda komandadan ayrıla bilər.

Sportal.az xəbər verir ki, uğurlu mövsüm keçirən 28 yaşlı vingeri Avropanın bir neçə klubu transfer etmək istəyir. Bu barədə "Sabah" nəşri məlumat yayıb.

"Sevilya" türk futbolçu üçün "Fənərbaxça"ya 20 milyon dollarlıq təklif göndərib. Lakin İstanbul təmsilçisi bu təklifi qəbul etməyib.

"Nyukasl", "Latsio" və "Renn" də Türkiyə millisinin üzvü ilə yaxından maraqlanır.

Qeyd edək ki, "Fənərbaxça" İrfan Can Kahvecini 2021-ci ilin yanvar ayında "Başakşehir"dən transfer edib. Təcrübəli futbolçu bu mövsüm komandanın heyətində meydana çıxdığı 44 rəsmi matçda 17 qol və 12 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla müqaviləsi 2025-ci ilin yayına kimidir.

Xəbər xətti