Kapitan 19 il sonra klubu tərk edir

13:16 - 24 Aprel 2024

"Atletik"in kapitanı İker Muniain mövsümün sonunda komandanı tərk edəcək.

Sportal.az xəbər verir ki, 31 yaşlı hücumameyilli yarımmüdafiəçi Bilbao təmsilçisi ilə yayda başa çatmalı olan müqaviləsini yeniləməyib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Təcrübəli vinger yeni mövsümə başqa klubda başlayacaq.

Qeyd edək ki, İker Muniain 2005-ci ildə "Atletik"in akademiyasına gəlib. İspaniya millisinin sabiq üzvü 2009-cu ildən əsas komandada çıxış edir. O, La Liqa təmsilçisinin heyətində meydana çıxdığı 576 rəsmi matçda 78 qol və 70 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti