Ulduz futbolçu "Barselona"da oynamağı arzulayır

14:25 - 24 Aprel 2024

"Mançester Siti"nin futbolçusu Bernardo Silva komandadan ayrılmaq istəyir.

Sportal.az xəbər verir ki, portuqaliyalı yarımmüdafiəçi "Barselona"da oynamaq arzusundadır. Bu barədə "Diario Sport" nəşri məlumat yayıb.

29 yaşlı vinger Kataloniya təmsilçisində daha az maaşa oynamağa hazırdır. Onun klubu ilə müqaviləsində 60 milyon avroluq sərbəstqalma məbləği var.

Qeyd edək ki, "Mançester Siti" Bernardo Silvanı 2017-ci ilin yayında "Monako"dan transfer edib. Portuqaliya millisinin üzvü bu mövsüm "şəhərlilər"in heyətində meydana çıxdığı 42 rəsmi matçda 11 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb. Onun İngiltərə klubu ilə 2 illik müqaviləsi var.

Xəbər xətti