İtaliya kubokunda ikinci finalçının adı bəlli oldu - VİDEO

10:49 - 25 Aprel 2024

İtaliya Kubokunda daha bir finalçının adı bəlli olub.

Sportal.az xəbər verir ki, "Atalanta" yarımfinalda "Fiorentina"ya 4:1 hesabı ilə qalib gələrək finala yüksəlib.

Berqamo təmsilçisi həlledici görüşdə "Yuventus"la üz-üzə gələcək. Final qarşılaşması mayın 15-də baş tutacaq.

24 aprel

İtaliya Kuboku
Yarımfinal mərhələsi, cavab oyunu
ilk matç 0:1

"Atalanta" - "Fiorentina" - 4:1
Qollar
: Koopmeyners 8, Skamakka 75, Lukman, 90+5, Paşaliç 90+8 - Martines Quarta, 68

Xəbər xətti