“Qəbələ”nin futbolçusu Ülvi İsgəndərov Türkiyədə əməliyyat olunub.
Sportal.az xəbər verir ki, 27 yaşlı hücumçuya qasıq yırtığı ilə bağlı cərrahi müdaxilə İstanbulda gerçəkləşib. İsgəndərovun əməliyyatı uğurlu keçib.
Onun 3-4 həftəyə komanda ilə məşqlərə başlayacağı gözlənilir.
Qeyd edək ki, Ülvi son matçını martın 9-da “Sabah”a qarşı keçirib.
saytlarin hazirlanmasi