"Neftçi"nin 4 futbolçusu "Kəpəz"ə qarşı oynamayacaq

18:59 - 9 May 2024

"Neftçi" Misli Premyer Liqasınım 34-cü turunda “Neftçi Arena”da “Kəpəz”lə qarşılaşacaq.

Sportal.az xəbər verir ki, paytaxt təmsilçisi oyuna ciddi itkilərlə çıxacaq. Bərpa prosesi keçən Emil Balayevlə yanaşı müalicəsini davam etdirən Emin Mahmudov və Alfa Konte, eləcə də ötən turda qırmızı vərəqa alaraq cəzalı duruma düşən Yuri Matias bu matçı buraxmalı olacaq.

Qeyd edək ki, "Neftçi" - "Kəpəz" qarşılaşması sabah saat 19:00-da start götürəcək.

Xəbər xətti