Ramil Şeydayevin komandası mövsümün son oyununda uduzdu

20:33 - 11 May 2024

Türkiyə 1-ci Liqasında mövsümün sonuncu - 34-cü turun oyunları keçirilib.

Sportal.az xəbər verir ki, Ramil Şeydayevin formasını geyindiyi "Kocaelispor" doğma meydanda "Sakaryaspor"u qəbul edib. Qarşılaşma qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Ramil Şeydayev də bu görüşün iştirakçısı olub. 27 yaşlı forvard 60-cı dəqiqədə meydana daxil olub.

34 turdan sonra 55 xal toplayan "Kocaelispor" mövsümü 6-cı pillədə başa vurub. İzmit təmsilçisi Super Liqaya yüksəlmək üçün pley-off matçlarında iştirak edəcək.

Xəbər xətti