Musanın komandası 5 cavabsız qolla qalib gəldi

11:32 - 17 May 2024

Futbol üzrə İsveç çempionatında 9-cu turun oyunları keçirilir.

Sportal.az xəbər verir ki, Azərbaycan milli komandasının üzvü Musa Qurbanlının çıxış etdiyi "Yurqorden” səfərdə "Brommapojkarna"nı 5:0 hesabı ilə məğlub edib.

Musa bu görüşdə iştirak etməyib. 22 yaşlı hücumçunun adı matçın iştirak ərizəsinə daxil edilməyib.

Xallarını 19-a yüksəldən "Yurqorden" turnir cədvəlinin ikinci pillədə qərarlaşıb.

Xəbər xətti