“Neftçi”nin qızlardan ibarət komandası Yüksək Qızlar Liqasında bu mövsüm sonuncu oyununu keçirib.
Sportal.az xəbər verir ki, baş məşqçisi Siyasət Əsgərov olan komanda 18-ci turda “İnter” (Xaçmaz) klubu ilə qarşılaşıb. “Neftçi” Futbol Mərkəzində baş tutan görüşdə 14:0 hesabı ilə qalib gələn “ağ-qaralar” ölkə çempionu olub.
Beləliklə, qadınlar arasında keçirilən UEFA Çempionlar Liqasında iştirak etmək hüququ qazanan “Neftçi” bununla da Azərbaycan futbolu tarixində daha bir ilkə imza atıb.
saytlarin hazirlanmasi