"Qəbələ"nin iki futbolçusu "Araz-Naxçıvan"a qarşı oynamayacaq

09:28 - 19 May 2024

“Qəbələ” Misli Premyer Liqasının XXXV turunun “Araz-Naxçıvan”la ev oyununun hazırlıq prosesini başa vurub. 

Sportal.az xəbər verir ki, Samuel Tetteh komanda ilə hazırlığa qatılmayıb. Ülvi İsgəndərov isə fərdi məşqlə kifayətlənib.

Qeyd edək ki, bu gün Qəbələ şəhər stadionunda baş tutacaq “Qəbələ” – “Araz-Naxçıvan” qarşılaşması saat 16:00-da başlayacaq.

Xəbər xətti