Millimizin üzvü Rusiyada komandasına qələbə qazandırdı

16:35 - 19 May 2024

Rusiya 2-ci Liqasının B Divizionunda 9-cu turun oyunları keçirilib.

Sportal.az xəbər verir ki, Azərbaycan U-19 milli komandasının sabiq üzvü Sadıq Bagievin formasını geyindiyi "Kuban Holdinq" doğma meydanda "Forte Taqanroq"u qəbul edib. Matç ev sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Sadıq Bagiev də bu görüşün iştirakçısı olub. 20 yaşlı yarımmüdafiəçi 61-ci dəqiqədə komandasının ilk qolunu vurub.

Xallarını 12-yə yüksəldən Kuban Holdinq" turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.

Xəbər xətti