Əvəzedicilər liqasında mükafalandırma mərasimi keçiriləcək

09:34 - 21 May 2024

Əvəzedicilər liqasında 2023/2024 mövsümünün mükafalandırma mərasimi keçiriləcək.

Sportal.az PFL-ə istinadən xəbər verir ki, əvəzedicilər liqasının qalibi "Neftçi" komandasına qızıl medallar və kubok Misli Premyer Liqasının 36-cı turunun “Neftçi” – “Sabah” oyunundan öncə “Neftçi Arena”da  təqdim olunacaq.

Liqanın bombardiri çempionat tam başa çatdıqdan sonra Peşəkar Futbol Liqasında mükafatlandırılacaq.

Xəbər xətti