Premyer Liqa klubu fransalını transfer etmək istəyir

11:49 - 21 May 2024

Yayda "Qəbələ" ilə müqavilə imzalamış Bilal Auaşeriya bu mövsümkü performansı ilə müxtəlif klubların diqqətini çəkə bilib.

Sportal.az saytına verilən məlumata görə, "Qəbələ" yüksək liqada qalmağı bacarmasa da, fransalı yeni mövsümdən Premyer Liqada oynaya bilər. 

Belə ki, ona maraq göstərən komandalarımız var. Onlardan biri də "Araz-Naxçıvan"dır. Belə ki, Naxçıvan təmsilçisinin baş məşqçisi Elmar Baxşıyev fransalını sərəncamında görmək niyyətindədir.

30 yaşlı yarımmüdafiəçi "Sent-Etyen" B, "Sportinq Kovilya", "Sportinq" B (Lissabon), "Moreyrense", "Farense", "Jil Visente" komandalarında oynayıb.

Xəbər xətti