Azərbaycan millisinin üzvlərinə "Əməkdar idman ustası" fəxri adı verildi

18:34 - 21 May 2024

Minifutbol üzrə Azərbaycan milli komandasının üzvləri təltif olunub.

Sportal.az xəbər verir ki, futbolçulara "Əməkdar idman ustası" fəxri adı verilib. Təltifetmə mərasimi 2025-ci ildə Bakıda keçiriləcək minifutbol üzrə dünya çempionatı ilə bağlı tədbirdə baş tutub.

İdmançılara medalları və vəsiqələri gənclər və idman naziri Fərid Qayıbov təqdim edib:

Təltif olunan idmançılar:

Ramil Həsənzadə
Davud Kərimi 
Seymur Məmmədov
Mirmehdi Rzayev
Rəvan Kərimov
Tanrıverdi Məhərrəmli 
Vüsal İsayev
Samir Həmzəyev
Təhmuraz Əmircanov
Elvin Əlizadə
Vitali Borisov
Taleh Babayev
Tural Nərimanov
Asif Zeynalov

Xəbər xətti