"Çelsi"dən "Arsenal"a

12:34 - 22 May 2024

"Çelsi" Konor Qallaherlə yeni müqavilə imzalamayacaq.

Sportal.az "The Mirror"a istinadən xəbər verir ki, ingilis futbolçunun yayda başqa kluba keçəcəyi gözlənilir.

"Zadəganlar"a maliyyə feyr-pley qaydalarına əməl etmək üçün pula ehtiyacı var.

24 yaşlı futbolçunun "Çelsi" ilə müqaviləsi 2025-ci ilin yayında başa çatır. Qallaher bu mövsüm Premyer Liqada 5 qol vurub, 7 məhsuldar ötürmə edib.

"Arsenal" onu heyətinə qatmağı planlaşdırır.

Xəbər xətti