"Onun AVRO-2024 üçün millinin heyətinə daxil edilməməsinə təəccüblənirəm"

19:42 - 22 May 2024

"Liverpul" və "Mançester Yunayted"in sabiq forvardl Maykl Ouen İngiltərə millisinin baş məşqçisi Qaret Sautqeytin Markus Reşfordu AVRO-2024 üçün millinin heyətindən kənarlaşdırmaq qərarına münasibət bildirib.

Sportal.az xəbər verir ki, "The Sun"a danışan millinin veteran hücumçusu "Mançester Yunayted"in hücumçusunun millidə özünü yaxşı tərəfdən göstərdiyini deyib:

"Qaret Sautqeytin Markus Reşfordu AVRO-2024 üçün millinin heyətinə daxil etməməsinə çox təəccüblənirəm. Əlbəttə, onun standartlarına görə, Markus məyusedici mövsüm keçirdi. Lakin turnir futbolu başqa məsələdir. Reşford həmişə İngiltərə millisinin formasında yaxşı performans göstərib. Çox sayda istedadlı hücumçumuz var. Amma Reşford kimi oyunçumuz çox deyil".

Qeyd edək ki, İngiltərə millisi AVRO-2024-də Sloveniya, Danimarka və Serbiya ilə birlikdə C qrupunda yer alıb.

Xəbər xətti