Premyer Liqada mövsümün ən yaxşı məşqçisi seçildi

18:26 - 22 May 2024

"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola İngiltərə Premyer Liqasının cari mövsümünün ən yaxşı məşqçisi mükafatına sahib çıxıb.

Sportal.az xəbər verir ki, bu barədə “şəhərlilər”in rəsmi saytı məlumat yayıb.

"Mançester Siti" 2023/2024 mövsümünü çempion kimi tamamlayıb. Premyer Liqanın 38-ci turundan sonra Mançester təmsilçisi ən yaxın izləyicisi "Arsenal"ı iki xal qabaqlayaraq 91 xal toplayıb.

Qvardiola 2016-cı ilin yayında "Mançester Siti"yə baş məşqçi təyin olunub. Son yeddi mövsümdə Qvardiolanın rəhbərlik etdiyi kollektiv altı dəfə İngiltərə çempionluğunu qazanıblar. "Mançester Siti" həm də İngiltərə Premyer Liqası tarixində ardıcıl dörd çempionluq qazanan ilk komandadır.

Xəbər xətti