PSJ Rusiya millisinin qolkiperini transfer etməyi planlaşdırır

17:22 - 23 May 2024

Rusiya millisinin və “Krasnodar”ın qapıçısı Matvey Safonov PSJ-nin transfer siyahısına düşüb.

Sportal.az "RMC Sport"a istinadən xəbər verir ki, Fransa klubu rusiyalı üçün artıq "Krasnodar"la danışıqlara start verib.

Fransa nəhəngi Safonova Canluici Donnarumanın ən layiqli əvəzləyicisi kimi görür.

PSJ Rusiya millisinin qolkiperi üçün qarşı tərəfə 20 milyon avro ödəməyə hazırdır.

25 yaşlı futbolçu “Krasnodar”ın yetirməsidir və onun müqavilə müddəti 2029-cu il yanvarın 31-nə qədər qüvvədədir.
 

Xəbər xətti