“Qəbələ” Misli Premyer Liqasının XXXVI turunun “Sumqayıt”la səfərdə keçiriləcək oyununun hazırlıq prosesini başa vurub.
Sportal.az xəbər verir ki, "qırmızı-qaralar"ın iki futbolçusu bu matçda komandaya kömək edə bilməyəcək. Samuel Tetteh komanda ilə hazırlığa qatılmayıb. Ülvi İsgəndərov isə fərdi məşqlə kifayətlənib.
Qeyd edək ki, mayın 25-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda baş tutacaq “Sumqayıt” - “Qəbələ” qarşılaşması saat 19:00-da başlayacaq.
saytlarin hazirlanmasi