"Bavariya"nın yeni baş məşqçisi məlumdur

15:05 - 25 May 2024

Tomas Tuxellə yollarını ayıran "Bavariya"nın yeni baş məşqçisi məlum olub.

Sportal.az xəbər verir ki, Münhen təmsilçisini "Börnli"nin baş məşqçisi olan Vensan Kompani çalışdıracaq. Bu barədə "Sky Germany" məlumat yayıb.

"Bavariya" belçikalı mütəxəssis üçün İngiltərə klubuna 10-12 milyon avro təzminat ödəyəcək. Kompani yeni klubu ilə 2027-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalayacaq.

Xəbər xətti