Emreli oynadı, komandası bərabərə qaldı

09:35 - 27 May 2024

Xorvatiya liqasında mövsümə yekun vurulub.

Sportal.az xəbər verir ki, Azərbaycan millisinin vingeri Mahir Emrelinin formasını geyindiyi "Dinamo" son turda "Rudeş"lə üz-üzə gəlib. 

Zaqrebdə keçirilmiş matç 1:1 hesabı ilə yekunlaşıb. Emreli meydana 65-ci dəqiqədə çıxıb. 

"Dinamo" mövsümü 82 xalla çempion kimi tamamlayıb.

Xəbər xətti