"Aston Villa"dan Unay Emeri qərarı

20:52 - 27 May 2024

İngiltərənin "Aston Villa" klubu baş məşqçi Unay Emerinin gələcəyi ilə bağlı qərar verib.

Sportal.az xəbər verir ki, Premyer Liqa klubu ispan mütəxəssislə yola davam edəcək. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

52 yaşlı məşqçi 2029-cu ilin yayına kimi Birmingem təmsilçisini çalışdıracaq.

Qeyd edək ki, Unay Emeri 2022-ci ilin noyabr ayında"Aston Villa"nın baş məşqçisi təyin olunub. Komanda onun rəhbərliyi altında bu mövsüm Premyer Liqanı 4-cü pillədə başa vurub.

Xəbər xətti