"Zirə" paraqvaylı ilə müqavilə imzalayacaq

16:49 - 28 May 2024

"Zirə" rəhbərliyinin hazırda heyətdə yer alan legionerlər arasında komandada saxlamaq istədikləri də az deyil.

Sportal.az saytına verilən məlumata görə, qəsəbə təmsilçisi Sezar Meza Kolli ilə əməkdaşlığa davam etməyi planlaşdırır.

32 yaşlı futbolçunun özü də yeni sezona "Zirə"də başlamaq istəyir.

Əvvəllər də "Zirə"də oynamış Sezar bundan savayı "PAS Giannina”, “Çezena”, “Alaves”, “Pavia”, “İnter”(indiki “Şamaxı”), “Universitatya Krayova”, “Neftçi”, “Ohod” komandalarında oynayıb.
 

Xəbər xətti