Renat Dadaşov "Hatayspor"dan ayrıldı

18:30 - 28 May 2024

Azərbaycan milli komandasının hücumçusu Renat Dadaşov "Hatayspor"dan ayrılıb.

Sportal.az xəbər verir ki, 25 yaşlı forvard icarə əsasında formasını geyindiyi Super Liqa təmsilçisi ilə vidalaşıb. Renat instaqram hesabında bununla bağlı paylaşım edib:

"Hər şey üçün təşəkkür edirəm, HATAY!"

Qeyd edək ki, Renat Dadaşov 2023-cü ilin sentyabr ayından "Hatayspor"da çıxış edirdi. Millimizin üzvü komandanın heyətində meydana çıxdığı 37 rəsmi matçda 7 qol vurub. Renat müqavilə ilə İsveçrənin "Qrasshopper" klubuna məxsusdur.

Xəbər xətti