Rusiya millisinin üzvü PSJ-də

22:20 - 28 May 2024

"Krasnodar"ın qapıçısı Matvey Safonov karyerasını Fransa çempionatında davam etdirəcək.

Sportal.az xəbər verir ki, 25 yaşlı qolkiper PSJ-yə keçəcək. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

PSJ 20 milyon avro təzminat ödəməklə rus qapıçının keçidini həll edib. Safonov tibbi müayinədən keçdikdən sonra Paris klubu ilə 2029-cu ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalayacaq.

Qeyd edək ki, Matvey Safonov "Krasnodar"ın yetirməsidir. Rusiya millisinin üzvü bu mövsüm komandasının heyətində meydana çıxdığı 30 rəsmi matçda qapısında 27 qol görüb.

Xəbər xətti