Polşada mətbuatı: "Rahil mükəmməl deyil, amma daha güclü klubda oynaya bilər"

22:23 - 31 May 2024

Polşa mətbuatı mövsümün sonunda yüksək liqanı tərk edən, amma elitada qalmağa layiq komandaların diqqətçəkən futbolçuları arasında seçim aparıblar.

Sportal.az xəbər verir ki, “Kanał Sportowy” portalı "LKS Lodz"un və millimizin müdafiəçisi Rahil Məmmədovun da adını 11 nəfərlik siyahıya daxil edib:

"Mövsüm ərzində ən çox qol buraxan komandanın müdafiəçisini belə siyahıya əlavə etmək risklidir. Lakin "LKS Lodz"u bir neçə dəfə xilas edən də məhz Rahil Məmmədov olub. Azərbaycanlı mükəmməl deyil. Amma topa nəzarət etməkdən çəkinmir, hətta rəqibin təzyiqi altında da sakitliyi qoruyub dəqiq ötürmələr edə bilirdi. Bundan əlavə, o, kifayət qədər dinamikdir, bu, istənilən mərkəz müdafiəçisi üçün böyük üstünlükdür.

Təbii ki, Məmmədov mükəmməl oyunçu deyil, çünki bəzən səhv mövqe seçir və ya çox riskli mübarizəyə girir. Buna misal olaraq onun "Lex"in 16 yaşlı futbolçusunun ayağına düşünmədən vurduğu zərbəni göstərmək olar. Lakin həmin vaxtı möcüzəvi şəkildə penalti təyin olunmadı. Buna baxmayaraq, 28 yaşlı müdafiəçi Ekstraklasanın daha güclü klubunun dəyərli oyunçusuna çevrilə bilər. Yuxarı pillələrdə qərarlaşan yox, amma turnir cədvəlinin ortalarında gedən komandalar üçün uyğun futbolçudur. Niyə də yox?".

Əlavə edək ki, “LKS Lodz” 24 xalla turnir cədvəlində sonuncu olaraq aşağı pilləyə düşüb. Onun komandadan ayrılacağı gözlənilir. 
 

Xəbər xətti