Azərbaycanın U-21 yığmasının sabiq üzvü Dmitri Nağıyevin formasını geyindiyi “Obolon” Premyer Liqada qalmaq uğrunda mübarizə aparır.
Sportal.az xəbər verir ki, Nağıyevin komandası pley-off görüşündə “Livyi Bereg” klubu ilə qarşılaşıb. İlk görüşdə “Obolon” rəqibi 1:0 hesabı ilə məğlub edib və Nağıyev bu matçın iştirakçısı olub.
Cavab qarşılaşması isə iyunun 2-də rəqib meydançasında baş tutacaq. Həmin görüşdə qələbə və ya heç-heçə “Obolon”un yeni mövsümə Premyer Liqada başlamasına imkan yaradacaq.
Qeyd edək ki, Nağıyev mövsümün əvvəlində "Obolon"la bir illik müqavilə imzalayıb.