Azərbaycanlı forvard Gürcüstan millisinə dəvət edildi

12:49 - 2 İyun 2024

Azərbaycanlı hücumçu Yusuf Mehtiyev Gürcüstanın U-19 yığmasına dəvət edilib.

Sportal.az xəbər verir ki, gənc hücumçu qonşu ölkənin qarşıdakı oyunları üçün milliyə çağırılıb.

"Dinamo"nun (Tbilisi) ikinci komandasının əsas forvardı olan həmyerlimiz yığmanın çalışdırıcısı Laşa Pirtsxalaişvilinin dəvəti ilə yığmaya cəlb olunub. Onun Gürcüstanın U-19 yığmasının iyunun 10-da Şimali Makedoniyaya qarşı keçiriləcək yoxlama görüşündə iştirak etmək şansı var.

Yusuf indiyə qədər Gürcüstanın U-18 yığmasına dəvət edilirdi. Xatırladaq ki, AFFA Mehtiyevi U-19 yığmamıza cəlb etmək istəsə də, sənəd məsələlərini həll edə bilmədiyi üçün onun millimizdəki çıxışı reallaşmamışdı. Əlavə edək ki, Gürcüstan Avropa çempionatının seçmə mərhələsində Norveç, Estoniya və İsveçlə qarşılaşacaq.

Xəbər xətti