AFFA İcraiyyə Komitəsinin üzvü Qurban Qurbanov qurumun bu gün baş tutan iclasından sonra açıqlama verib.
Sportal.az xəbər verir ki, təcrübəli mütəxəssis toplantıda konkret qərarların qəbul olunmadığını bildirib:
"Ümumi müzakirələr getdi. Sərxan Hacıyev ətraflı məlumat verəcək. Hələ ki, yeni iş kollektividir. Yeniliklər axtarılır. Qəti qərar olmadığı üçün fikir bildirə bilmirəm. Bir neçə iclasdan sonra futbolun inkişafı üçün nələrin ediləcəyi ilə bağlı məlumatlar olacaq".
İclasın müzakirə mövzularından biri də Premyer Liqanı tərk edən "Qəbələ" ilə bağlı olub. Qurban Qurbanovun sözlərinə görə, AFFA bölgə klubuna maddi cəhətdən dəstək olacaq:
"Qəbələ"yə kömək olunacaq. Maliyyə tərəfini mən deyə bilmərəm. "Qəbələ"nin infrastrukturunun saxlanılması üçün hər şey ediləcək".
saytlarin hazirlanmasi