3 iyun 2024-cü il tarixində AFFA-nın inzibati binasında İcraiyyə Komitəsinin növbəti iclası keçirilib.
Sportal.az xəbər verir ki, iclasa sədrlik edən AFFA-nın prezidenti Rövşən Nəcəf qarşıya qoyulan vəzifələrdən və onların icrası istiqamətində görüləcək işlərdən bəhs edib.
Öncə icraçı vitse-prezident Sərxan Hacıyev iclasın gündəliyi barədə məlumat verib.
Daha sonra gündəlikdə duran məsələlər müzakirə olunub.
İclasda əvvəlcə AFFA-nın 2024-cü il üçün büdcəsi müzakirə edilib. “Qəbələ” İdman Klubuna akademiya və infrastrukturun saxlanılması məqsədilə bir il müddətinə 700 000 (yeddi yüz min) manat maliyyə vəsaitinin ayrılması qərara alınıb. Bu xüsusda “Qəbələ” İK-ya dəstək üçün müxtəlif yaş qrupları üzrə Azərbaycan milli komandalarının, həmçinin hakimlərin Qəbələdə təlim-məşq toplanışlarının keçirilməsi nəzərdə tutulub.
Sonra toplantıda AFFA-nın strategiyası və uşaq futboluna dair məsələlərlə bağlı müzakirələr aparılıb. Strategiyanın yazılması üçün “Double Pass”, UEFA və “McKinsey & Company” şirkətləri ilə əməkdaşlıq ediləcək. Bu prosesə yerli mütəxəssislərin də cəlb olunmasının önəmi qeyd olunub.
AFFA İcraiyyə Komitəsinin üzvləri 1-ci və 2-ci Liqada mövcud vəziyyətlə bağlı da müzakirələr aparıblar.
saytlarin hazirlanmasi