Azərbaycanlı futbolçu Ukrayna Premyer Liqasında oynayacaq

13:34 - 6 İyun 2024

Azərbaycanın U-21 yığmamızın sabiq üzvü Dmitri Nağıyevin formasını geyindiyi "Obolon" Ukrayna Premyer Liqasında qalmağı bacarıb.

Sportal.az xəbər verir ki, həmyerlimizin komandası "Levıy Bereq"lə cavab görüşündə 1:1 oynayıb. Bu isə "Obolon"un yüksək liqada qalmasına kömək olub.

Çünki Nağıyevin komandası ilk matçda rəqibini 1:0 məğlub etmişdi.

Qeyd edək ki, "Obolon" başa çatan mövsümü Premyer Liqada 14-cü pillədə başa vurmuşdu. 

Xəbər xətti