Azərbaycan millisinin düşərgəsində yer alan Rəşad Əzizli “Qəbələ”dən ayrılıb.
Sportal.az saytına verilən məlumata görə, millimizin qolkiperi yeni mövsümə Premyer Liqa klublarının birində başlayacaq.
Ona maraq göstərən üç klubun adı bəlli olub. Belə ki, “Turan Tovuz”, “Şamaxı” və “Sumqayıt” Əzizli üçün hərəkətə keçib. Qolkiper 10 min manat aylıq maaş istəyir. Hansı klub həmin maaşı verərsə, Əzizli yeni mövsümə məhz həmin komandada başlayacaq.
30 yaşlı futbolçu “Rəvan”, “Şüvəlan”, “Səbail”, “Neftçi”, “Sumqayıt”, “Keşlə”(indiki “Şamaxı”), “Zirə” komandalarının qapısını qoruyub.