"Qarabağ"ın futbolçuları bir-birinə rəqib oldu

11:57 - 10 İyun 2024

"Qarabağ"ın futbolçuları Marko Veşoviç və Marko Yankoviçin formasını geyindiyi Monteneqro millisi Gürcüstanla qarşılaşıb.

Sportal.az xəbər verir ki, Avropa çempionatının iştirakçısı olan Gürcüstan bu görüşdə 3:1 hesabı ilə qalib gəlib.

Həm Veşoviç, həm də Yankoviç matça əsas heyətdə çıxıb. Veşoviç 59-cu dəqiqədə meydanı tərk edib, Yankoviç isə sona qədər oynayıb. Gürcüstan millisinin və "Qarabağ"ın qolkiperi Luka Quqeşaşvili sona qədər ehtiyatda oturub.

Xəbər xətti