Emin Mahmudov: "Bura millidir, hər oyuna qələbə üçün çıxmalıyıq"

18:10 - 10 İyun 2024

Azərbaycan milli komandasının kapitanı Emin Mahmudov Qazaxıstanla yoldaşlıq oyunundan öncə keçirilən mətbuat konfransında iştirak edib.

Sportal.az 32 yaşlı yarımmüdafiəçinin fikirlərini diqqətinizə çatdırır:

- Sabah bizi yaxşı rəqibə qarşı oyun gözləyir. Qazaxıstan millisi müdafiədə və əks-hücumda yaxşı oyanyır. Son illərdə inkişaf ediblər. Qazaxıstan yaxşı millidir. İki il əvvəl olduğu kimi yaxşı oynayaraq qalib gəlmək istəyirik.

- Sabah qol vursan, Qurban Qurbanovun rekorduna çatacaqsan. Bu haqda düşünmüsən?

- Neçə oyundur eyni vəziyyətdir, bir qol vurub çata bilərəm. Mən daha çox milli komanda haqda düşünürəm. Komanda yaxşı olsa, epizodlarım çox olar, qol vura bilərəm. Sırf qolu fikirləşmirəm.

- Millinin yeni baş məşqçisi yaxın günlərdə açıqlanacaq. Arif Əsədovun sabah son oyunu ola bilər. Kapitan olaraq futbolçularla söhbət etmisiz ki, Arif müəllimə qələbə hədiyyə edəsiz?

- Biz istəyirik ki, qələbə qazanaq. Bura millidir, hər oyuna qələbə üçün çıxmalıyıq. Arif müəllim haqda nə düşünürlər, bilmirik. İstəyirik ki, qalib gələk, azarkeşləri və Arif müəllimi sevinirək.

Qeyd edək ki, Azərbaycan - Qazaxıstan matçı sabah Bakı vaxtilə saat 18:00-da Macarıstanda baş tutacaq.

Mirbağırağa

Xəbər xətti