Kurban Berdıyev Azərbaycana nə vaxt gələcək?

10:17 - 13 İyun 2024

"Turan-Tovuz”un vitse-prezidenti Əli Balakişiyev Kurban Berdıyevin komandanın yeni baş məşqçisi olacağını təsdiqləyib.

Sportal.az "РИА Новости" agentliyinə istinadən xəbər verir ki, 71 yaşlı mütəxəssisin iyunun 18-də Bakıya gələcəyi gözlənilir.

İddiaya görə, Berdıyev məhz həmin gün “Turan Tovuz”la müqavilə imzalayacaq. Tanınmış mütəxəssis hazırda "Dinamo” (Mahaçqala) klubunun prezidentinin müşaviri vəzifəsində işləyir. Bundan əvvəl isə o, komandanın baş məşqçisi vəzifəsində çalışıb.

Kurban Berdıyev “Kayrat”, “Gənclərbirliyi”, “Rubin”, “Rostov”, “Traktor”, “Soçi” klublarında baş məşqçi olub.
 

Xəbər xətti