Albaniyanın "Eqnatiya" klubuna keçən Zamiq Əliyev Sportal.az saytına açıqlama verib.
O, yeni komandasına keçidi ilə bağlı danışıb: "Ölkə xaricində mənimlə maraqlanan klubların olduğunu menecerim demişdi. Bununla yanaşı, yerli klublardan da təkliflər var idi. Karyeramı ölkə xaricində davam etdirmək istədiyim üçün "Eqnatiya" variantına üstünlük verdim. Amma təbii ki, seçimimdə komandamın son ölkə çempionu olması, hədəflərinin də hər zaman çempionluq uğrunda mübarizə aparmaq istəməsi böyük rol oynadı. Futbolda maliyyə şərtləri həmişə önəmlidir. Ancaq inanın tam səmimi deyirəm ki, seçimim də əsas məqam maliyyə deyildi. Sadəcə karyeramı düşünüb, bu qərarı vermişəm. Bilirəm ki, burada özümü yaxşı tərəfdən göstərdiyim təqdirdə, daha güclü liqalara keçmək şansım çox olacaq. Onun üçün də əlimdən gələnin ən yaxşısını edəcəm ki, daha yaxşı liqalarda oynaya bilim".
U-21 yığmamızın sabiq üzvü əvvəllər də "Eqnatiya" haqda məlumatlı olduğunu bildirib: "Komandam haqda yüksək fikirdəyəm. Çempion komandaya gəlmişəm. Əlbəttə ki, fikirlərim ancaq müsbət ola bilər. Təbii ki, "Eqnatiya"nı əvvəlcədən tanıyırdım, məlumatım var idi. Bu klub haqda fikirlərim də yalnız müsbətdir. Burada əvvəllər Vüsal İsgəndərli də oynayıb. Ona görə də, klub haqda məlumatım az deyildi.
Vüsaldan da maraqlanmışdım. Bu haqda söhbətimiz oldu. Vüsal klub haqda müsbət sözlər söylədi, lazım olan məsləhətləri mənə verdi".
Mirbağırağa
saytlarin hazirlanmasi