Premyer Liqa klubu Mərakeş millisinin üzvü ilə gücləndi

13:49 - 14 İyun 2024

Mərakeş millisinin və "Betis"in müdafiəçisi Çadi Riad İngiltərədə oynayacaq.

Sportal.az xəbər verir ki, "Kristal Pelas" 20 yaşlı futbolçu ilə anlaşıb.

Afrikalı futbolçu 2029-cu ilin yayına qədər İngiltərə klubuna məxsus olacaq. 

O, "Betis"in heyətində ümumilikdə 30 oyun keçirib. "Kristal Pelas" transferə görə 15 milyon avro ödəyib. 

Xəbər xətti