"Real" ispaniyalı qolkiperlə bağlı qərar qəbul etdi

14:49 - 14 İyun 2024

İspaniyalı qolkiper Kepa Arrisabalaqanın "Real"da qalmaq ehtimalı yüksəlib.

Sportal.az "Marca"ya istinadən xəbər verir ki, Andrey Lunin ayrılmaq istədiyi üçün "kral klubu" Kepanı buraxmaq niyyətində deyil.

29 yaşlı Arrisabalaqa ötən mövsüm icarə əsasında "Rela"da çıxış edib.

O, 2025-ci il iyunun 30-na qədər müqavilə ilə "Çelsi"yə məxsusdur. 

Arrisabalaqa İspaniya çempionatında ötən mövsüm 14 oyun keçirib və 9 qol buraxıb.

Xəbər xətti