"Hatayspor" Azərbaycan millisinin hücumçusu Renat Dadaşovu heyətinə qatmaq istəyir.
Sportal.az saytına verilən məlumata görə, başa çatan mövsümün yekunlarına əsas Superliqadakı yerini qoruyub-saxlayan klub Renatla bağlı qərarında qətidir.
Belə ki, həm rəhbərlik, həm də məşqçilər korpusu millimizin forvardını yeni mövsüm üçün də komandada saxlamaq istəyir. Lakin onları düşündürən əsas məqam “Qrasshopper”in 24 yaşlı hücumçunun transferi üçün yüksək məbləğ tələb etməsidir. Keçidə mane olacaq əsas fakt da məhz bu ola bilər. Tərəflər arasında maliyyə şərtlərində razılıq əldə olunmasa, “Hatayspor” məcburiyyətdən geriyə çəkiləcək.
Qeyd edək ki, 2023/2024 mövsümünün əvvəlində Türkiyə klubu Dadaşovu satın alma şərti ilə bir illik icarəyə götürmüşdü. Onun İsveçrə klubu ilə müqaviləsi isə 2025-ci il iyunun 30-na qədərdir.